İtaliyanın "Breşiya" futbol komandası baş məşqçisi Eudjenio Korini ilə yollarını ayırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.

Korini bu mövsüm ikinci dəfə "Breşiya"dan göndərilib. İtaliyalı məşqçi ilk olaraq 2019-cu ilin noyabrında işdən çıxarılıb. Daha sonra komanda Fabio Qrossoya tapşırılıb. Dekabr ayında isə Qrosso ilə yollar ayrılıb, komandaya yenidən Eudjenio Korini gətirilib.

Qeyd edək ki, "Breşiya" 22 turdan sonra İtaliya A Seriyasında 15 xalla 19-cu pillədədir.