"Milan"ı yeni baş məşqçisi olmağa əsas namizəd Ruben Amorimdir.

Offsideplus.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İtaliya klubunun rəhbərliyi R. Amorimi bu vəzifəyə gətirməkdə qərarlıdır. Portuqaliyalı mütəxəssis özü də "Milan"da işləməyə olduqca həvəslidir və klubun şərtlərini qəbul etməyə hazır olduğunu bildirib.

"Rossoneri"nin siyahısında yer alan digər iddialı namizəd isə Mattias Yaissledir. Lakin almaniyalı mütəxəssisin keçidi bir qədər qəliz görünür. Belə ki, onun hazırkı klubu "Əl-Əhli" Yaissleni buraxmaq üçün İtaliya təmsilçisindən təzminat tələb edir.

Qeyd edək ki, Amorim son olaraq "Mançester Yunayted"i çalışdırıb.