“Qalatasaray”ın hücumçusu Viktor Osimhen “Yuventus”la bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, nigeriyalı futbolçu Turin təmsilçisinin tarixini və statusunu xüsusi vurğulayıb:
“Yuventus tarixlə zəngin və çox önəmli klublardan biridir. Bu komandada bir çox əfsanə futbolçu oynayıb. Burada çıxış etmək böyük şərəf olardı.”

Osimhen hazırda “Qalatasaray”da xoşbəxt olduğunu desə də, gələcəkdə transfer ehtimalını da istisna etməyib:
“Qala"da xoşbəxtəm, amma gələcəkdə nə olacağını heç vaxt bilməzsən. Düşünürəm ki, dünyadakı futbolçuların 90 faizi ‘Yuventus’da oynamaq istərdi.”

Bu açıqlama Osimhenin gələcək transferi ilə bağlı iddiaları daha da gücləndirib.