İtaliyanın “İnter” klubunun əsas qapıçısı Yann Sommer mövsümün sonunda komandadan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı qapıçının müqaviləsi yayda başa çatacaq və tərəflər arasında yeni sözləşmə imzalanması gözlənilmir.
Milan təmsilçisi yeni mövsüm üçün heyətini gənc qapıçı ilə gücləndirməyi planlaşdırır.
Klub rəhbərliyi uzunmüddətli perspektiv üçün gənc və potensiallı qapıçı transferinə üstünlük vermək niyyətindədir.
Sommer 2023-cü ildə “İnter”ə transfer olunub və komandanın İtaliya A Seriyasındakı çempionluğunda mühüm rol oynayıb. Onun gələcək karyerasını hansı klubda davam etdirəcəyi hələlik məlum deyil.



