"Yuventus" türkiyəli futbolçu Zeki Çeliklə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı sağ cinah müdafiəçisinin "Roma" ilə sözləşməsi cari mövsümün sonunda başa çatır.
O, azad agent kimi "qoca sinyora"ya qoşulacaq.
Bu barədə "La Stampa" portalı məlumat yayıb.
Z. Çelik 2022-ci ilin yayından etibarən "Roma"da çıxış edir.
O, Türkiyə yığmasının da əsas üzvlərindən biri sayılır.


