İtaliya kubokunda yarımfinal mərhələsində cavab oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, “Yuventus” səfərdə 1:0 hesablı qələbənin revanşında öz meydanında “Atalanta”nı qəbul edib.

75-ci dəqiqədə Pyaniçin penaltidən vurduğu qol “Yuventus”u finala çıxarıb.

Mayın 9-da keçiriləcək final matçında “Qoca sinyora”nın rəqibi “Latsio” – “Milan” cütünün qalibi olacaq.