Manchester City-nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasından danışıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının turnirin qalibi adını qazanmağa hazır olmadığını etiraf edib. “İngiltərə çempionatına yaxşı başladıq. Çempionlar Liqasında da vəziyyətimiz pis deyil. Keçirdiyimiz oyunlar məni qane edir. Lyon-la matçın ilk hissəsindən başqa. Futbolçularımın hazırlığı ürəyimcədir. Mən Barcelonada doğulmuşam. Futbolda ilk addımlarımı burada atmışam. Qalib gəlmək mənim qanımdadır. Futbol bir oyundur. Burada hər zaman qalib gəlmək mümkün deyil. Arzularla iş bitmir. Qalib olmaq üçün təcrübə, inam lazımdır. Etiraf edim ki, Manchester City çempionlar liqasının qalibi olmağa hazır deyil. Əlimizdən gələni etməyə çalışacağıq”,- Qvardiola bildirib.

Xatırladaq ki, Qvardiolanın komandası ÇL-nin qrup mərhələsində növbəti oyunda Shakhtar-la qarşılaşacaq.