"Mançester Siti"yə qarşı Çempionlar Liqasının pley-off mərhələsinin oyunu (3:1, ümumi 6:3) bitəndən sonra "Real"ın vingeri Vinisius Junior paylaşımı edib.

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçunun paylaşımı bu sözlərdən ibarət olub:

"Yaxşı, yaxşı, yaxşı!!!!!! ????"

Beləliklə, Vinisiusun "şəhərlilər"ə söz atdığı təxmin edilir. 

Xatırladaq ki, "Mançester Siti" azarkeşləri ilk oyunda üzərində Rodrinin "Qızıl Top"la şəkli olan və "bəsdir ağladın" yazılı tifo açmışdılar.