Atletico Madrid klubu Çempionlar Liqasına uğurlu start verib.
Offsideplus.az xəbər verir ki, İspaniyanın "Marca" nəşri madridlilərin Qarabağ-la oyunlardakı səhvlərdən dərs çıxardığını yazıb.
"Ötən il analoji turnirdə Qarabağ-la oyunda ciddi səhvlər edən madridlilər həmin səhvləri təkrarlamaq niyyətində deyil. Necə deyərlər, komanda Qarabağ qarşılaşmasından dərs götürüb. Atletico bu mövsüm ÇL-də keçirdiyi hər ki oyunda qalib gəlib. Monaco və Brügge ilə matçlar ispan klubunun qələbəsi ilə yekunlaşıb. Qrizmann və komanda yoldaşlarının oyun üslubu keyfiyyət baxımından dəyişib. Hiss olunur ki, “Qarabağ dərsi” madridlilərin işinə yarayıb.
Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasında Atletico Madrid Qarabağ-la hər 2 oyundan bərabərliklə ayrılmışdı və qrupda qalmışdı.