"Qarabağ"ın Çempionlar Liqasının III Təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, "Dinamo" (Minsk) - "Ludoqorets" cütünün cavab oyununun (1:0) qalibi birinci komanda olsa da, Bolqarıstan təmsilçisi ümumi hesabla mərhələ adlayıb. İlk oyunda Bolqarıstan təmsilçisi 2:0 hesablı qələbə qazanıb. 

Beləliklə, "Qarabağ" "Ludoqorets"lə üz-üzə gələcək. Bu raundun oyunları 6 və 13 avqust tarixlərində baş tutacaq. İlk oyunda Qurban Qurbanovun komandası evdə, cavab oyununda isə səfərdə oynayacaq.