"Real Madrid"in oyunçusu Arda Gülər Çempionlar Liqası kubokunu qazanmaqla, tarix yazıb.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi bu titula yiyələnən ilk türk olub.

Bununla da, Arda Gülər cari mövsüm "Real Madrid"lə 3-cü kubokunu qazanıb: İspaniya Super Kuboku, La Liqa və Çempionlar Liqası. 

Qeyd edək ki, Arda 2023-24 mövsümündə "Kral klubu"nun heyətində 6 qola imza atıb.