“Rəqiblərimizə qorxu aşılayırıq”

"Real Madrid"in müdafiəçisi Daniel Karvaxal komandasının Çempionlar Liqasındakı qələbələrinin səbəbini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə ispaniyalı futbolçu AS-yə açıqlama verib:

“Çempionlar Liqasında çoxlu qələbələrimiz hamının başını döndürür, amma bu onu göstərir ki, biz bu turnirdə oynamaqla rəqiblərimizə qorxu aşılayırıq”.

Qeyd edək ki, Çempionlar Liqasının finalında “Los Blankos” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Matç iyunun 1-i Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.