"Qarabağ" klubunun futbolçusu Marko Veşoviç zədələnib.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ötən gün Polşadakı “Miejski” arenasında keçirilən məşq zamanı budundan zədə alıb. Bugünkü müayinənin ilkin nəticəsinə əsasən, Marko ən az 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu da o deməkdir ki, Veşoviç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa "Rakov"u ilə hər iki görüşü buraxacaq.
Qeyd edək ki, "Qarabağ"la "Rakov" arasında ilk oyun bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.(qol.az)