"Real Madrid"in qapıçısı Tibo Kurtua Çempionlar Liqası finalı barədə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, belçikalı qolkiper həmyerlisi Romelu Lukakunun ("İnter") kuboku qazanmasını istədiyini deyib: 

"Ümid edirəm, Romelu qazanar. Aydın məsələdir ki, o, Kevinə (De Brüyne) qarşıdır. Lakin Romelunu uzun müddətdir, tanıyıram. Ona hörmətim böyükdür".

Qeyd edək ki, "Mançester Siti" - "İnter" matçı iyunun 10-da baş tutacaq.

 

Günay Xəlil