"Real"ın qapıçısı Tibo Kurtua ÇL-nin yarımfinalında "Mançester Siti"yə uduzduqları oyunda zədəli olub. 

Offsideplus.az xəbər verir ki, belçikalı qolkiper "Xetafe" ilə La Lqia matçından aldığı zədəyə rəğmən Çempionlar Liqası matçında oynayıb. Bu barədə "Marca" məlumat yayıb.

 Qeyd edək ki, "Mançester Siti"yə 0:4 hesabı ilə (ümumi hesab 1:5) uduzan "Kral klubu" Çempionlar Liqasında mübarizəni dayandırıb.

 

Günay Xəlil