Çempionlar Liqasında yarımfinalın cavab oyunlarının keçirildiyi həftə başa çatıb. 

Offsideplus.az xəbər verir ki, həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Siyahıda Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi "İnter"), Bernardu Silva və Rodrinin (hər ikisi "Mançester Siti") adları var. 

Qeyd edək ki, qalib qurumun saytında keçirilən səsvermədə müəyyənləşəcək.

 

Günay Xəlil