UEFA Çempionlar Liqasının 1/4 finalında "Napoli" "Milan"a uduzaraq mübarizəni dayandırıb.
Offsideplus.az xəbər verir ki, Neapol təmsilçisinin gürcü futbolçusu Xviça Kavaratsxeliya oyunla bağlı təəssüratlarını bölüşüb:
"Gözlərinizi yaşlı görüb, sizi sevindirə bilmədiyimin fərqinə varmaq mənim üçüm çox çətindir. Bu gündən çox şey öyrənməyə çalışacam. Çox kədərliyəm və hər saniyə hiss etdiyim dəstəyiniz üçün minnətdaram. Hər birinizi sevir və söz verirəm ki, daha güclü qayıdacağıq. Qarşıda hələ çox oyunlar var, arzularımız davam edir".