Şotlandiyanın “Reyncers” klubu UEFA Çempionlar Liqasında yeni antirekord müəyyən edib.

Offsideplus.az xəbər verir ki, sözügedən komanda qrup mərhələsinin 6-cı turunun oyununda “Ayaks”a 1:3 hesabıyla uduzub.

Qrupda bütün matçlarda məğlub olan qlazqoluların top fərqi yekunda 2-22 olub. “Reyncers” bununla da ÇL-in qrup mərhələsində Zaqreb “Dinamo”sunun antirekordunu yeniləyib. Xorvatiya klubu 2011/12 mövsümündə keçirdiyi ilk 6 oyunda uduzmuş, 3 qol vurmuş və 22 top buraxmışdı.