"Liverpul"un baş məşqçisi Yürqen Klopp Xviça Kvaratsxeliya barədə danışıb.

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis 21 yaşlı gürcü vingerlə bağlı bu sözlər deyib:

"O çox yaxşı oyunçudur, bəyənirəm. Çətin rəqibdir, çox sürətlidir. İlk həmlədə üstünlüyü ələ aldısa, onu saxlamaq mümkün olmayacaq. Sürətlidir və kələkbazdır".

Qeyd edək ki, "Mançester Siti", PSJ və "Real" klubunun nümayəndələri də 21 yaşlı vingeri yaxından izləyir. Xviça bu yay "Dinamo"dan (Batumi) "Napoli"yə keçid edib.