UEFA Çempionlar Liqasının “Reyncers”lə oyunu Roberto Firmino üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu “Liverpul”un 7:1 hesabı ilə qalib gəldiyi matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

31 yaşlı hücumçu ÇL-dəki məhsuldar ötürmələrinin sayını 12-yə çatdırıb.

Roberto klubda bu göstəriciyə əsasən Stiven Cerrard ilə Ceyms Milnerə çatıb.