"Qarabağ" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə Çexiya "Viktoriya"sına (Plzen) 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, matçdan sonra "CBC Sport"a danışan Ağdam təmsilçisinin futbolçusu Filip Ozobiç oyunu dəyərləndirib:
"Pley-offa kimi gəlib çatsaq da, qrup mərhələsinə vəsiqə qazana bilmədik. Amma bu, futboldur, irəliyə baxmaq lazımdır.
Çıxış edəcəyimiz Avropa Liqasının qrup mərhələsində də güclü rəqiblər var. Yaxşı oyun göstərmək istəyirik. Konfrans Liqasında olduğu kimi, burada da pley-offa vəsiqə qazanmaq niyyətindəyik".
Qeyd edək ki, görüşdə "Qarabağ"ın yeganə qolunun müəllifi Ozobiç olub. O, matçın 38-ci dəqiqəsində hesabı açıb. Lakin 58 və 73-cü dəqiqədə "Viktoriya"nın futbolçuları hesabı öz xeyirlərinə dəyişiblər.