UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Viktoriya" oyunu üçün satışa çıxarılan biletlərdən cəmi 224-ü qalıb.

Offsideplus.az xəbər verir ki, bu barədə “Qarabağ” klubunun rəsmi səhifəsi məlumat paylaşıb.

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.