UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu axşam baş tutan "Qarabağ" - "Lex" (Polşa) matçından (5:1, ümumi hesab - 5:2) sonra görüşün keçirildiyi Tofiq Bəhramov adına Respublika Stadionunun ətrafında azarkeşlərlə polislər arasında gərgin anlar yaşanıb.
Offsideplus.az-ın ərazidə olan əməkdaşının lentə aldığı görüntülərdə polis nəfərlərinin bir neçə fanatı saxladığı sezilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Ehsan Zahidovla əlaqə saxladıq. Qurum rəsmisi saytımıza açıqlamasında məlumatı təkzib etdi. O, azarkeşlərin saxlanılmadığını bildirdi: "Azarkeşlər arasında saxlanılan olmayıb. Polis əməkdaşları həmişəki kimi ictimai asayişi yüksək səviyyədə təmin etməklə yanaşı, tamaşaçılarla birlikdə "Qarabağ"ın sevincinə şərik olublar. Bu informasiya doğru deyil".
Daşqın Əziz