"Qarabağ" bu axşam UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhəsləsinin cavab oyununda "Lex"lə qarşılaşacaq.

Bəs görəsən, matça indiyədək nə qədər bilet satılıb?

Bundan xəbər tutmaq üçün Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisinin saytımıza verdiyi məlumata görə, kassalarda cəmi 5000 bilet qalıb.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda  keçiriləcək "Qarabağ" - "Lex" (Polşa) oyunu bu gün saat 20:00-da başlayacaq. İlk oyun Poznan təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Daşqın Əziz