“Qarabağ” klubunun müdafiəçisi Marko Veşoviç bu gün Polşa mətbuatına açıqlama verib.
Offsidüplus.az xəbər verir ki, monteneqrolu müdafiəçi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları “Lex”lə matçı dəyərləndirib. 31 yaşlı cinah oyunçusu bunları deyib:
“Lex”lə ilk oyunumuzu səfərdə keçirəcəyik. Ancaq həmişə hücum futbolu sərgiləyirik. Yəqin ki, yenə belə olacaq. Cavab matçını evdə keçirməyimiz yaxşıdı. Poznandan əlverişli nəticə ilə dönmək vacibdi. Öz stadionumuzda yaxşı atmosfer olur. Ona görə də, daha asan olacaq. 2018-2021-ci illərdə Polşada “Legiya”nın formasını geyinən zaman xoşagəlməz anlar yaşadım. Klubdakı insanlarla problemim var idi. Mənə hörmət etmədiklərini hiss etdim. Bərpa dönəmindəki hərəkətləri mənə hörmət etmədiklərini göstərdi. Ailəm və hətta azarkeşlər də nə baş verdiyini bilirdilər”.