"Beşiktaş"ın Çempionlar Liqasında "Sportinq"lə qarşılaşmasının hakimi bəlli olub.
Offsideplus.az xəbər verir ki, UEFA-nın məlumatına görə, matçı Rusiyadan olan Sergey Karasyov idarə edəcək. Ona həmyerliləri İqor Demeşko və Maksim Qavrilin kömək edəcək.
Xatırladaq ki, "Sportinq" - "Beşiktaş" matçı 3 noyabr saat 00:00-da başlayacaq.