Münhen "Bavariya"sının hücumçusu Serje Qnabri UEFA Çempionlar Liqasında "Barselona" ilə oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi dünən Bundesliqanın 4-cü turunda "Leyptsiq"lə oyunda (4:1) zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Qeyd edək ki, "Barselona" - "Bavariya" görüşü sentyabrın 14-ü keçiriləcək.