UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, püşkatmada azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın da potensial rəqibi müəyyənləşib. Varşava təmsilçisi 2-ci təsnifat mərhələsində "Flora" (Estoniya) klubunu mübarizədən kənarlaşdıra bilsə, növbəti mərhələdə “Dinamo” (Zaqreb, Xorvatiya) - “Omoniya” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.
3-cü təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda oynanılacaq.