“Neftçi” klubunun UEFA Çempionlar Liqasının 2-ci mərhələsindəki oyunlarını yayımlayacaq telekanal dəqiqləşib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Olimpiakos”la (Yunanıstan) hər iki matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Bu komandalar arasında ilk oyun iyulun 21-də, Bakı vaxtı ilə saat 23:00-da Georgios Karaiskakis stadionunda, cavab görüşü isə ayın 28-də, saat 21:00-da 8-ci km stadionunda keçiriləcək.