UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində sabah "Dinamo" (Tbilisi) - "Neftçi" oyunu baş tutacaq.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin məşqçisi Arif Əsədov Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək oyunu izləyəcək. Bu barədə ona Canni De Byazi göstəriş verib. 

Qeyd edək ki, "Dinamo" və "Neftçi" komandaları arasında baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.