Bu gün axşam "Mançester Siti" ilə "Çelsi" arasında Çempionlar Liqasının final qarşılaşması baş tutacaq.
Oyunun əsas vaxtının heç-heçə başa çatıb, penalti seriyasına qədər uzanması kifayət qədər real görünür.
Offsideplus.az xəbər verir ki, bu məqamı nəzərə alan "Mançester Siti"nin qapıçısı Ederson penalti zərbələri üzərində çalışıb. Qaytarmaq yox ha, vurmaq. Belə ki, dünən Portudakı "Draqau" stadionunda baş tutan matçöncəsi son məşqdə braziliyalı qolkiper 11 dəfə "nöqtə"yə yaxınlaşıb. Vurduğu 11 zərbədən 10-nu qol olub.
Həmin görüntüləri təqdim edirik;
UM ABSURDO! ? Nossa câmera exclusiva captou o treino de pênaltis que Ederson bateu 11 vezes e só errou UMA! ?? Acha que o goleiro deve estar entre os batedores do City? A final da #CasaDaChampions é amanhã, 13h30, no @EstadioBR, no Facebook e na @TNTbr!
— TNT Sports Brasil (@TNTSportsBR) May 28, 2021
?: @ArthurQuezada pic.twitter.com/Gw1Zp8fc2T