Çempionlar Liqasının yarımfinalında "Çelsi" "Real"a qalib gələrək finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqası tarixinə düşüb. 48 yaşlı mütəxəssis ardıcıl 2 mövsüm fərqli komandalarla finala yüksələn ilk baş məşqçi kimi adını tarixə yazdırıb.
Qeyd edək ki, ötən mövsüm PSJ ilə finala çıxan Tuxel, həlledici matçda "Bavariya"ya uduzmuşdu.