UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, “Çelsi”nin fransalı yarımmüdafiəçisi Nqolo Kante həftənin ən yaxşı oyunçusu seçilib.
Kante komandasının İspaniya “Real”ı ilə qollu heç-heçəyə (1:1) razılaşdığı matçda 6 uğurlu driblinqlə yadda qalıb. 30 yaşlı oyunçunun bu görüşdə ötürmələrinin 86 faizi dəqiq alınıb.