Müasir dünya futbolunun ulduzlarından hesab olunan Kilian Mbappe karyerasının ən pis göstəricisi ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, bu, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşü çərçivəsində baş tutan PSJ - "Mançester Siti" (1:2) qarşılaşmasında baş verib. Belə ki, parislilərin aparıcı futbolçusu meydanda olduğu 90 dəqiqə ərzində rəqib qapısına bir dəfə də olsun zərbə endirə bilməyib. Bu, Mbappe üçün vrokuboklarda ən bərbad göstəricidir. İndiyə qədər belə hal yaşanmamışdı.
Qeyd edək ki, Kilian Çempionlar Liqasının cari mövsümündə 8 qol vurub, 3 məhsuldar ötürmə verib.