UEFA Çempionlar Liqasının 1/8 finalında "Borussiya"ya (Mönhenqladbax) qalib gələn "Siti" bir çox tarixi nailiyyət əldə edib.
Offsideplus.az xəbər verir ki, şəhərlilər bu mövsüm bütün turnirlərdə 100 qol həddini keçib. Ardıcıl 8 mövsüm bu göstəricini əldə edən "Siti" Premyer Liqa komandalarından yalnız 9 mövsümlük nailiyyət ilə "Mançester Yunayted"dən geri qalır (2004/2005 - 2012/2013).
Bundan başqa Xosep Qvardiolanın baş məşqçi olduğu kollektiv 2008/2009 mövsümündən etibarən bütün 12 mövsüm ərzində ən azı 100 qol vurub. Bu müddətdə təcrübəli mütəxəssis rəhbərlik etdiyi bütün komandalarla - İspaniya "Barselona"sı, Almaniya "Bavariya"sı və "Mançester Siti" ilə ümumilikdə 686 oyuna 1 718 dəfə fərqlənib.
"Siti"nin türk futbolçusu İlkay Gündoğan isə Çempionlar Liqasında 9-cu qolunu vuraraq tarix yazıb. O, Çempionlar Liqasında Almaniya klubunda çıxış etmədən ən çox qol vuran alman futbolçu olub. Gündoğan bu göstəricidə Lukas Podolskini (8 qol) geridə qoyub.