UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarının ilk həftəsindən sonra rəmzi komanda məlum olub.
Offsideplus.az xəbər verir ki, rəmzi heyətdə “Leyptsiq”i 2:0 hesabıyla məğlub edən “Liverpul”dan 6 futbolçu yer alıb:
Qapıçı: Keylor Navas (PSJ);
Müdafiəçilər: Nataniel Fillips, Ozan Kabak, Aleksander-Arnold (hamısı “Liverpul”);
Yarımmüdafiəçilər: Sadio Mane, Məhəmməd Salah, Fabinyo (hamısı “Liverpul”), Serjiu Oliveyra (“Portu”), Federiko Kyeza (“Yuventus”);
Hücumçular: Erlinq Haaland (“Borussiya”, Dortmund), Yusif En-Nesiri (“Sevilya”).