Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. Əsas duel İspaniyada olub. "Barselona" son mövsümün finalçısı, həm də Messinin transferinə görə prinsipial rəqibi PSJ-ni qəbul edib. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Mbapppe matçda het-triklə yadda qalıb. Meydan sahiblərinin yeganə qolunu komandanın kapitanı Lionel Messi penaltidən vurub.

Digər qarşılaşmada “Leypsiq” "Liverpul"u qəbul edib. Son vaxtlar Premyer Liqada uğursuz çıxışları ilə yadda qalan Kloppun komandası bu görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.

Mərhələnin digər görüşləri bu gün keçiriləcək.

 

Çempionlar Liqası

 1/8 finalın ilk oyunları

16 fevral

00:00. “Barselona” (İspaniya) - PSJ (Fransa) 1:3 (Messi, 28 pen, Mbappe, 32, Mbappe, 65, M.Kin 70, Mbappe, 85)

00:00. “Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) 0:2 (Salah, 53, Mane, 58)

17 fevral

00:00.“Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)
 
00:00.“Sevilya” (İspaniya) - "Borussiya” (Dortmund, Almaniya)