Sabah gözlər "Nou Kamp"a dikiləcək.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşü çərçivəsində baş tutacaq "Barselona" - PSJ görüşü maraqla gözlənilir.

Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı Ronald Kuman matçla bağlı fikirlərini dilə gətirib: ""Oyuna böyük həvəs və məsuliyyətlə yanaşırıq. PSJ çox güclü komandadır, bizi asan mübarizənin gözləmədiyini yaxşı bilirik. Fikrimcə, çox maraqlı duel olacaq. Son aylarda oyunumuzda inkişadf hiss olunur. PSJ də yaxşı formadadır. 

Komandam yüksək səviyyəli futbol sərgiləyir. Fiziki durumumuz da qaydasındadır. Hər bir rəqibi məğlub edə biləcək futbolçulara sahibik. Kimin güclü olduğunu sabah görəcəyik".

Qeyd edək ki, ilk oyun sabah Barselonada, cavab görüşü martın 10-da Parisdə keçiriləcək.