UEFA Çempionlar Liqasının qrup mərhələsi matçında Ukraynanın “Dinamo” klubu İtaliya “Yuventus”una 0:2 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, bu qarşılaşma kiyevlilərin baş məşqçisi Mirça Luçesku üçün əlamətdar olub.
75 yaşlı rumın mütəxəssis bu turnirin ən yaşlı baş məşqçisi kimi tarixə keçib.
Qeyd edək ki, əvvəlki rekord Yupp Haynkesə məxsus idi. Alman mütəxəssis 2017/18 mövsümündə “Bavariya” ilə qrup mərhələsi həyəcanını 72 yaşında yaşayıb.