UEFA Çempionlar Liqasının 2019/20 mövsümündə mövqelərə görə ən yaxşı oyunçu adlarına namizədlər bəlli olub.

Offsideplus.az xəbər verir ki, namizədlər aşağıdakı oyunçulardır:

Qapıçılar: Keylor Navas (PSJ), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”, Madrid)

Müdafiəçilər: David Alaba, Alfonso Devis, Yozua Kimmix (hamısı “Bavariya”)

Yarımmüdafiəçilər: Kevin de Brüyne (“Mançesteer Siti”), Tomas Müller, Tiaqo Alkantara (hər ikisi “Bavariya”)

Hücumçular: Robert Levandovski (“Bavariya”), Kilian Mbappe, Neymar (hər ikisi PSJ)

Qeyd edək ki, qaliblərin adları Çempionlar Liqasının 2020/21-ci illər mövsümünün qrup mərhələsinin oktyabrın 1-də keçiriləcək püşkatma mərasimində açıqlanacaq.