Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin digər oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, dünən I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu 4-0 hesablı qələbə ilə mübarizədən kənarlaşdıran "Qarabağ"ın növbəti mərhələdəki rəqibi bilinib.

Lüksemburqun "Fola Eş" klubu ilə qarşılaşan Moldova "Şerif"i  2:0 hesabı ilə qalib gələrək Ağdam təmsilçisinə rəqib olub.

Qeyd edək ki, bu "Qarabağ"ın "Şerif"lə avrokuboklarda 3-cü dueli olacaq.