“Barselona” klubunun azarkeşləri UEFA Çempionlar Liqasında “Bavariya”ya rüsvayçı şəkildə məğlub olan komandalarını İspaniyada kəskin narazılıqla qarşılayıblar.

Offsideplus.az xəbər verir ki, tərəfdarlar Kataloniya klubunun futbolçularını fitə basaraq onların ünvanına təhqirlər səsləndiriblər. 

Futbolçulardan yalnız Ansu Fati və Riki Puiq azarkeşlər tərəfindən alqışlanıb.