Fransanın PSJ klubunun əsas qapıçısı Keylor Navas Çempionlar Liqasının yarımfinal mərhələsində meydana çıxmaya bilər.

Offsideplus.az xəbər verir ki,  “Atalanta” ilə 1/4 final matçında zədələnən qolkiperi 79-cu dəqiqədə Serxio Riko əvəz edib.

Oyun Paris təmsilçisinin 2: 1 hesablı qələbəsi ilə başa çatıb.

PSJ-nin rəsmi saytında yerləşdirdiyi açıqlamada müayinədən sonra qapıçının zədələndiyi öz təsdiqini tapıb. Şənbə günü aparılacaq kliniki müayinədən sonra onu meydançaya çıxıb-çıxmayacağı dəqiqləşəcək.

Qeyd edək ki, PSJ yarımfinalda Almaniyanın "Leyptsiq" klubu ilə qarşılaşcaq.