Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Barselona” ilə qarşılaşacaq “Napoli” ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, hücumçu Lorenso İnsinye sıradan çıxıb. 

29 yaşlı futbolçu A Seriyasının son turu çərçivəsində keçirilən “Latsio” ilə oyunda (3:1) zədələnib. Futbolçunun sol budunun əzələsindən zədə aldığı bildirilir.

Qeyd edək ki, “Barselona” - “Napoli” matçı avqustun 8-də keçiriləcək.