UEFA ötən gün 55 üzv ölkənin milli assosiasiyaların nümayəndələrinin iştirakı ilə baş tutan videokonfransda avrokubokların 2019/20 mövsümünün bərpasını iyula qədər təxirə salıb.
Offsideplus.az xəbər verir ki, avrokubok mövsümünün koronavirus pandemiyası üzündən baş tutmayan oyunlarını iyul-avqust aylarında keçirməyi planlaşdırması, növbəti mövsümün də gec başlayacağı anlamına gəlir.
Belə olacağı təqdirdə, Çempionlar Liqasının 2020/21 mövsümünün oktyabrın 14-21-də başlayacaq. Milli assosiasiyalar çempionatların sona çatdırılması üçün iyundakı yay fasiləsindən imtina etməyə razılıq verib.
Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqası 1/8 final mərhələsində dayanıb. Oyunların azarkeşsiz keçirilməsi variantı da aktuallığını qoruyur.