UEFA Çempionlar Liqası və Avropa Liqasının final oyunlarını azarkeşsiz keçirmək barədə düşünür.
Offsideplus.az xəbər verir ki, "The İndependent" nəşri qitə futbol qurumuunun artıq hər iki final görüşünün azarkeşsiz olacağı ilə bağlı qərar çıxardığını yazıb. UEFA-nın 55 üzv ölkədən olan milli assosiasiyalarla bu gün baş tutacaq videokonfransda bu qərarın açıqlanacağı gözlənilir.
Həmçinin konfransadək müzakirə olunan təkliflərdən biri hazırkı mövsümün mütləq başa çatdırılmalı olmasıdır. Bunun üçün yaradıcı təkliflər verəcək işçi qrupu hazırlanıb.
UEFA 2019/2020 mövsümündə bütün yerli çempionatları və avrokubokları 2020/2021 mövsümü başlamazdan əvvəl bitirmək niyyətində olduğundan qalan bütün avrokubok oyunlarının da boş tribunalar önündə keçiriləcəyi istisna edilmir.
Qeyd edək ki, Çempionlar Liqasının finalı Türkiyənin İstanbul, Avropa Liqasının finalı Polşanın Qdansk şəhərində təşkil olunacaq.
Xatırladaq ki, çempionatların və avrokubok oyunlarının dayandırılmasına səbəb koronavirus pandemiyasıdır.