UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb.
Offsideplus.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir dekabrın 16-da Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Püşk zamanı komandalar səpələnmişlər və səpələnməmişlərə bölünəcəklər:
Səpələnmişlər qrupunda "Barselona" (İspaniya, F qrupu), "Bavariya" (Almaniya, B qrupu), "Yuventus" (İtaliya: D qrupu), "Leyptsiq" (Almaniya, G qrupu), "Liverpul" (İngiltərə, E qrupu), "Mançester Siti" (İngiltərə: C qrupu), PSJ (Fransa, A qrupu), "Valensiya" (İspaniya, H qrupu) klubları yer alıb.
"Atalanta" (İtaliya: C qrupu), "Atletiko" (İspaniya, D qrupu), "Çelsi" (İngiltərə, H qrupu), "Borussiya" (Dortmund, Almaniya, F qrupu), "Lion" (Fransa, G qrupu), "Napoli" (İtaliya, E qrupu), "Real Madrid" (İspaniya, A qrupu), Tottenhem" (İngiltərə, B qrupu) isə Səpələnməmişlər qrupuna daxil edilib.
Püşkdə heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla düşə bilməz. Səpələnmişlər səbətindəki komandalar cavab görüşünü öz meydanlarında keçirəcəklər.
1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.