“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bazel”lə cavab oyunundan öncə UEFA-ya açıqlama verib.

Offsideplus.azapasport.az-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı komandasının "Barselona" ilə müqayisə edilməsini düzgün saymır:

““Barsa”nın oyunçuları son 15-20 ildə Avropada dominantlıq etdilər. Biz isə bu kollektivlə hələ 1 titul qazanmışıq. "Barselona" ilə müqayisəyə layiq görülməyimiz üçün zirvədə uzun müddət qalmalıyıq. Çempionlar Liqasında həm yaxşı, həm də pis anları yaşamaq çox vacibdi".

Qeyd edək ki, Qvardiola "Mançester Siti"dən əvvəl "Barselona" və "Bavariya" klublarını çalışdırıb.