UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur çərçivəsində səfərdə "Real"a 0:6 hesabı ilə məğlub olan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim məğlubiyyəti şərh edib.
Offsideplus.az xəbər verir ki, türk mütəxəssis oyun sonrası açıqlamasında məyusluğunu dilə gətirməklə yanaşı, azarkeşlərdən üzr istəməyi də unutmayıb:
"Oyunla və məğlubiyyətlə bağlı deyiləcək tək bir söz var, o da təssüf...Sadəcə üzülmədik, eyni zamanda da utandıq. Mübarizə aparan komanda, bərabər oynayan komanda. Oyundan əvvəl belə düşünürdük. Üzgünük, azarkeşlərimizi üzdüyümüz üçün də üzgünük. "Real Madrid"ə uduzmaq olar, ancaq belə də yox. Ediləsi bir şey yoxdur. Yanvara qədər bu oyunçularla bərabərik. Hər dəfə mətbuat konfransında da bu barədə mesaj verirdim. Bu gün isə söylənəcək tək şey var, təəssüf...".
Fatih Terim "Real"ı təbrik edərkən komandasının mübarizə aparmadığını da təkrar vurğulayıb: "Real" möhtəşəm oynadı. Onları təbrik edirəm. Qarşılarında mübarizə aparmayan, dirənməyən komanda vardı. "Real" da erkən qollar vurdu, bu da daha rahat oynamaqlarına imkan yarartdı. Ancaq əla oynadıqlarını da etiraf etməliyəm".
"Bütün məsuliyyət mənimdir" deyən Terim "Burada müxtəlif problemlərimiz barədə danışmazdan əvvəl, onları həll etməliyik. Daha əvvəl də qeyd etdiyim kimi, biz futbolçular keçmişinə görə yox, gələcəyinə görə yatırım etməliyik. Mübarizə aparmadığımız üçün əsəbiyik. Komanda şəklində mübarizə apara bilmirik, bunu həll edə bilmiriksə, günahkar mənim".