Sosial şəbəkələrdə 2019/2020 mövsümündə Çempionlar Liqasının finalında oynanılacaq topun şəkilləri yayılıb.

Offsideplus.az xəbər verir ki, topun ulduzları ağ rəngdə, qalan hissələri çəhrayı, qara və mavi rənglərdən ibarətdir.Topda ÇL-in finalının keçiriləcək İstanbulun planının təsviri yaradılıb.

Qeyd edək ki, bu mövsüm həlledici matç 2020-ci il mayın 30-da İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda olacaq.